AZ

Hindistan Pakistan aviadaşıyıcıları üçün hava məkanını bağlaya bilər

BAKI, 29 aprel. TELEQRAF

Hindistan Pakistan aviadaşıyıcıları üçün hava məkanını bağlamağı planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə "The Economic Times" hökumət mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Hindistan Pakistan gəmilərinin öz limanlarına girişini də qadağan etməyi nəzərdən keçirir.

Belə olarsa, Pakistan Cənub-Şərqi Asiyadakı təyinat məntəqələrinə çatmaq üçün təyyarələri Çin və ya Şri-Lanka üzərindən yönləndirməyə məcbur qalacaq.

Pakistanın dövlət aviadaşıyıcısı “Pakistan International Airlines” (PIA) hazırda Hindistan hava məkanından istifadə edərək Kuala Lumpur və Malayziyanın digər şəhərləri, eləcə də Sinqapur və Tailand istiqamətlərinə uçuşlar həyata keçirir.

Xatırladaq ki, bir neçə gün əvvəl Pakistan Hindistana qarşı hava məkanını bağlayıb.

Bu qərar 22 aprel tarixində Hindistanın Pahalqam şəhərində baş vermiş terror aktından sonra iki ölkə arasında artan gərginlik fonunda qəbul olunub.

Hadisə nəticəsində 25 hindistanlı və 1 Nepal vətəndaşı həlak olub.

Seçilən
1
41
teleqraf.com

10Mənbələr