BAKI, 29 aprel. TELEQRAF
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfəri ilə bağlı paylaşım edib.
Teleqraf xəbər verir ki, bu barədə Məsud Pezeşkian X platformasında paylaşım edib.
"Dünən Bakıda hörmətli qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevlə anlaşmamız oldu, sənədlər imzaladıq. Bu səfər qarşılıqlı etimadın artırılması və elmi, iqtisadi, mədəni və təhlükəsizlik sahələrində hərtərəfli əməkdaşlıq üçün yeni üfüqlərin açılması baxımından mühüm başlanğıcdır.Cənab İlham Əliyevə göstərdiyi qonaqpərvərliyə görə təşəkkür edirəm", - paylaşımda deyilir.