Azərbaycan Premyer Liqasının 32-ci turunda keçirilən 5 oyunun 4-də heç-heçə qeydə alınıb.
Msport.az xəbər verir ki, “Turan Tovuz” – “Şamaxı”, “Səbail” – “Araz-Naxçıvan” və “Sabah” – “Qarabağ” matçları 1:1, “Sumqayıt” – “Neftçi” görüşü isə 2:2 hesabı ilə başa çatıb.
Yalnız “Kəpəz” – “Zirə” oyununda (0:1) qalib bəlli olub. Bir turda 4 bərabərlik Azərbaycan çempionatlarında son 11 mövsümün rekordudur.
Axırıncı dəfə 2013/14 mövsümündə belə hal yaşanmışdı. 2014-cü il fevralın 23-də eyni gündə təşkil olunan 5 oyunun 4-ü sülhlə nəticələnmişdi. Belə ki, “Qarabağ” – “Simurq”, “Qəbələ” – “Rəvan” oyunları 0:0, “İnter” – “Bakı” matçı 1:1, AZAL – “Xəzər Lənkəran” görüşü isə 2:2 hesabı ilə yekunlaşmışdı. “Sumqayıt” isə “Neftçi”ni 2:0 hesabı ilə məğlub etmişdi.