AZ

CHP sədri seçki ssenarisini açıqladı: İmamoğlu həbsdə qalsa…

BAKI, 29 aprel. TELEQRAF

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl partiyasının prezidentliyə namizədliyi ilə bağlı açıqlamalar verib.

Teleqraf xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Özəl partiyanın hazırkı prezidentliyə namizədi, İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsdə qalması durumunda mümkün ssenarini açıqlayıb:

“İmamoğlu həbsdə qalmağa davam edərsə, CHP dayanmayacaq. Mən bir şəhərdə, Mansur Yavaş da başqa şəhərdə mübarizəni davam etdirəcək. Müavinlərim və millət vəkilləri başqa şəhərlərdə olacaqlar. Prosesi davam etdirəcəyik.

İmamoğlunu həbsdə saxlasalar və ya (seçkilərdə iştirakına) qadağa qoysalar, 70 faiz səslə seçkini qazanacağıq. Konstitusiyaya dəyişiklik etmək üçün parlamentdə çoxluq əldə edəcəyik. 15 gün ərzində konstitusiya dəyişdiriləcək və İmamoğlu vəzifəsinin icrasına başlayacaq.

Sürətlə parlament sisteminə keçidlə bağlı hazırlıq görülür. Prezident seçilir, Yavaş prezident olur, İmamoğlu baş nazir”.

Seçilən
2
1
teleqraf.com

2Mənbələr