Ermənistanda Azərbaycanla sərhədlərin demarkasiya prosesinin ikinci mərhələsinin gecikməsi ilə bağlı müzakirələr yenidən başlayıb.
Tribunainfo.az xəbər verir ki, bununla əlaqədar müxalifət bir sıra iddialar irəli sürməyə başlayıb.
Siyasətçi Mesrop Arakelyan iddia edib ki, demarkasiya prosesinin Tavuş istiqamətindən başlaması yeni ərazilər məsələsini gündəmə gətirəcək. “Gözlənildiyi kimi, sərhədin demarkasiyası prosesi Ermənistanın ərazisini verməli olduğu yerdə başlayıb və başa çatıb”.
Onun sözlərinə görə, demarkasiya prosesinin sırf Tavuşdan start götürməsi Azərbaycana yeni ərazilərin verilməsi məqsədi daşıyırdı.
Fərda Uğur