ABŞ prezidenti Donald Tramp ABŞ-yə daxil olan yük maşını sürücülərindən ingiliscə sərbəst danışmağı tələb edən fərman imzalayıb...
Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. Sənəddə bu tədbir “peşəkar sürücülər üçün müzakirə olunmayan təhlükəsizlik tələbi” kimi təsvir edilib.
“Mənim Administrasiyam amerikalı yük maşınlarının, sürücülərin, sərnişinlərin və başqalarının təhlükəsizliyini qorumaq üçün qanunu tətbiq edəcək, o cümlədən kommersiya nəqliyyatını idarə edən hər kəsin lazımi qaydada təlim keçməsini və milli dilimiz olan ingilis dilini bilməsini təmin edən təhlükəsizlik qaydalarını tətbiq etməlidir”, deyə fərmanda bildirilir.
Xatırladaq ki, Tramp ötən ay ingilis dilini ABŞ-nin rəsmi dili elan edən ayrıca fərman imzalamışdı. Bu fərmandan əvvəl isə ABŞ-də rəsmi dövlət dili statusu yox idi.
Poliqon.info