AZ

Tezliklə Kiyevdəki ABŞ mərmiləri qurtaracaq - "The Wall Street Journal”

Bu fikirlər Amerikanın “The Wall Street Journal” qəzetində dərc olunanməqalədəndir.

Tramp Zelenskinin Krımdan imtina etməyə hazır olduğunu açıqladı
Müəllif yazıb ki, yaxın bir neçə ayda ABŞ-dən gələn artilleriya tam şəkildə tükənəcək: "Respublikaçılar çətin ki, Kiyev üçün yeni yardım paketini təsdiqləsinlər. Avropa bu boşluğu aradan qaldırmağa çalışsa da, onlar bu çatışmazlığı aradan qaldırmaq üçün kifayət qədər sursat istehsalına malik deyillər".

Bir neçə gün öncə ABŞ prezidenti Donald Tramp diqqət çəkən fikirlərsəsləndirmişdi. “Sky News” telekanalının məlumatına görə, siyasətçi Ukrayna prezidenti Volodimir Zelenskinin Krımın Rusiya ərazisi kimi tanınmasını nəzərdə tutan sülh sazişi bağlamağa hazır olduğunu deyib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural Tağıyev
AzVision.az

Seçilən
2
3
azvision.az

7Mənbələr