AZ

Vətəndaşların kart hesablarından 12 min manatdan çox vəsait oğurlanıb

Son bir gündə vətəndaşların kart hesabından 12 329  manat vəsait oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. 

"Aprelin 28-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 3514, 1500, 1200, 1100, 1000, 930, 786, 743, 640, 393, 240, 200, 83 manat pul vəsaitləri bank kartlarından oğurlanıb", - məlumatda deyilir. 

DİN bir daha vətəndaşları şübhəli zənglərə cavab verməməyi və kart hesablarındakı məxfiliyi bölüşməməyi tövsüyə edir. 

Daxili İşlər Nazirliyi son bir neçə gün ərzində  vətəndaşların kart hesablarından 400 min manata yaxın  vəsait oğurlandığını açıqlamışdı. 

Gülnar Nazimqızı 

Seçilən
2
anews.az

1Mənbələr