AZ

İrana hücum mesajı verildi: Hazırıq

BAKI, 29 aprel. TELEQRAF

İsrail İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək

Teleqraf xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Katz deyib.

“Mərkəzi missiya İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. İsrail İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək. Biz buna hazırıq. Əlbəttə, ABŞ ilə dərin dialoqa da hazırıq”, - Katz vurğulayıb.

Müdafiə naziri əlavə edib ki, əgər İrana hücum etmək zərurəti yaranarsa, İsrail bunu edəcək:

“Sonda qərar qəbul etmək tələb olunanda güvənə biləcəyimiz birinin olduğunu bilirik. Bunları icra edəcək birinin olduğunu bilirik və bu, İran da daxil olmaqla, hər yerə aiddir. Hücum etmək zərurəti yaranarsa, bunu edəcək biri var”.

Seçilən
1
1
teleqraf.com

2Mənbələr