AZ

Gürcüstanda müxalifət telekanalı bağlanır

Gürcüstanın müxalif “Mtavari Arkhi” telekanalı yaxın vaxtlarda yayımını tamamilə dayandıracaq...

Poliqon xəbər verir ki, bu barədə “Axali” siyasi partiyasının təsisçisi və lideri Nika Qvaramiya öz Facebook səhifəsində məlumat verib.

Qvaramiya vurğulayıb ki, telekanal bağlanacaq, lakin yeni kanalın açılacağına inanır. Siyasətçi qeyd edib ki, “başqa cür ola bilməz”. Qvaramiyanın fikrincə, əsas odur ki, “ölkə bağlanmır və buna görə də, hələ hər şey öz mənasını itirməyib”.

Qeyd edək ki, “Mtavari Arkhi” maliyyə çətinlikləri səbəbindən fevralın 15-dən xəbər proqramlarının və əyləncəli tok-şouların yayımını dayandırıb. Telekanal yalnız teleserialları və köhnə verlişləriı nümayiş etdirməyə davam edib. Eyni zamanda “Mtavari Arkhi” saytı gündəlik xəbərlər dərc edib. Kanalın jurnalistləri mayın 1-də yayımını tamamilə dayandıracağını güman edirdilər.

Poliqon.info

Seçilən
0
1
poliqon.info

5Mənbələr