Rusiyanın “Zirkon” hipersəs raketi ABŞ və Rusiya arasında hərbi güc balansını pozduğuna görə ABŞ Hərbi Dəniz Qüvvələri və NATO ölkələrinin donanmaları üçün təhlükəyə çevrilib.
Editor.az xəbər verir ki, bu fikirlər Amerikanın “The National Interest” jurnalının Rusiya raketi ilə bağlı qiymətləndirməsində yer alıb.
“Nəzərə alsaq ki, “Zirkon” ilk növbədə gəmi əleyhinə raketdir, onun ABŞ-ın suüstü gəmiləri, xüsusən də ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə təyyarədaşıyanları üçün yaratdığı təhlükəni çox qiymətləndirmək olmaz”, – nəşr yazır.
Jurnalın fikrincə, NATO ölkələrinin Zirkondan müdafiəsi olmadığı üçün belə silahlar dənizdə qüvvələr balansını Rusiyanın xeyrinə dəyişmək imkanını təqdim edir.
Qeyd edək ki, Rusiyanın müdafiə naziri Andrey Belousov martın 19-da Rusiya ordusunun “Borey-A” layihəsi çərçivəsində sonuncu strateji raket sualtı qayıqlarını və “Yasen-M” layihəsi çərçivəsində “Zirkon” hipersəs raket sistemlərinə malik çoxməqsədli nüvə sualtı qayıqlarını aldığını açıqlayıb.
//Gülnarə Abasova, Editor.az