Nazirlər Kabineti dövlət hesabına çıxan vəkillərin ödənilməsi üçün yeni məbləği müəyyən edib.
Teleqraf xəbər verir ki, bir saat üçün nəhayət ki, 6 manatdan 11 manatadək artırıldı.
Dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənilən vəsaitin məbləğinin artırılması böyük məmnunluq doğurur. Bu qərar vəkillərin zəhmətinin qiymətləndirilməsi və onların sosial təminatının gücləndirilməsi baxımından mühüm addımdır. Bildirmək istərdik ki, artım hüquqi yardımın keyfiyyətinin daha da yüksəldilməsinə və əhaliyə göstərilən xidmətin səviyyəsinin artırılmasına töhfə verəcək. Həm də bu addım vəkillik institutunun inkişafına və cəmiyyətimizdə ədalətə çıxış imkanlarının genişlənməsinə xidmət edir.
Azərbaycan vəkilliyinin davamlı inkişafı üçün göstərilən diqqət və dəstəyə görə bütün qurumlara minnətdarıq. Bu mühüm qərar bizi daha böyük əzm və məsuliyyətlə fəaliyyətə sövq edir.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində qəbul edilmiş qərar münasibəti ilə bütün həmkarlarımızı təbrik edir, işlərində uğurlar arzulayırıq!