AZ

Gəncədə söyüşə görə iki nəfər bıçaqlanıb, biri ölüb - YENİLƏNİB-1

Gəncədə baş verən qətl hadisənin bəzi təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, hadisə söyüş üstə baş verib.

Belə ki, qətlə yetirilən 30 yaşlı Eyyub Talıbov tanışı 31 yaşlı Osman Nağıyevi bıçaqlayıb. Bundan sonra 29 yaşlı Alim Quliyev Eyyub Talıbovu bıçaqlayıb. Məlumata görə, hadisədən əvvəl tərəflər arasında mübahisə düşüb. Onların dost olduğu bildirilir.

Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında şəhərin Atatürk prospektində qeydə alınıb. 30 yaşlı Eyyub Talıbov və 31 yaşlı Osman Nağıyev bıçaqlanma ilə xəstəxanaya yerləşdiriliblər. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq Eyyub Talıbov xəstəxanada ölüb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

***

09:18

Gəncədə 30 yaşlı kişini qətlə yetirən şəxs saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Eyyub Talıbova bıçaqla xəsarət yetirən 29 yaşlı Alim Quliyev saxlanılaraq istintaqa təhvil verilib.

***

18:50

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. İki nəfər bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

1995-ci il təvəllüdlü Eyyub Talıbov xəstəxanada həyatını itirib.

Fakt araşdırılır.

Seçilən
1
2
apa.az

3Mənbələr