AZ

Gəncədə AĞIR QƏZA - Ölən və yaralılar var

Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Gəncə şəhəri, Ə.Əliyev və Z.Məmmədov küçələrinin kəsişməsində qeydə alınıb.

Ələddin İdris oğlu Musayevin idarə etdiyi "Hyundai" markalı avtomobillə Elşən Tağı oğlu Rüstəmovun idarə etdiyi "Xəzər" markalı avtomobil toqquşub.

Hadisə nəticəsində Elşən Rüstəmov və sərnişini Leyla Elşən qızı Rüstəmli ağır yaralanıblar, digər sərnişin Sevinc Əsgər qızı Kələntərova isə hadisə yerində ölüb.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb. (Oxu.az)


Bizim.Media 

Seçilən
0
1
bizim.media

2Mənbələr