AZ

Bakıda qadınla görüşə gedən şəxsi soyundurub videoya çəkdilər

Bakıda sosial şəbəkədə tanış olduqları şəxsi evə dəvət edərək təhqir edən, alçaldaraq kameraya çəkən şəxslər hakim qarşısına çıxarılıb. Onların hər birinə ağır cəza verilib.

Publika.az Musavat.com-a istinadən xəbər verir ki, Məmixan, Sultanə və Sadiq adlı tanışlar plana əsasən sosial şəbəkədə Qafar (ad şərtidir) adlı şəxslə tanış olublar.

Bu tanışlığı Sultanə edib. Sultanə instaqramda tanış olduğu Qafarla 14 fevralda görüş təyin edib. Görüşdən əvvəl onlar görüntülü zənglə danışblar da. Hər ikisi bir-birlərinən üzlərinin yarısını göstəriblər.

Qafar görüşə gələn zaman Sultanə onu evə dəvət edib. Bu zaman Məmixan otağa daxil olaraq Qafara hücum edib. Sultanənin arvadı olduğunu deyərək Qafardan nə niyyətlə gəldiyini soruşub və onu döyməyə başlayıb. İttihama görə Məmixana Sadiq də kömək edib.

İstintaq zamanı məlum olub ki, onlar Qafarı telefonla görüntüyə də alıblar. Həmin görüntülərdə Qafarı təhqir edib, alçaldıcı sözlər işlədiblər. Məlumata görə Qafarın paltarlarını da soyundurublar.

Seçilən
0
6
publika.az

7Mənbələr