ABŞ prezidenti Donald Tramp deyib ki, o, Ukraynanı Rusiyadan xilas edir və onun köməyi olmasaydı, Ukrayna əzilmiş vəziyyətdə olardı...
Poliqon xəbər verir ki, o, bu barədə The Atlantic nəşrinə müsahibəsində bildirib.
"Düşünürəm ki, mən bu ölkəni xilas edirəm. Fikrimcə, bu ölkə çox tezliklə darmadağın olacaq. Bu, böyük bir müharibə maşınıdır", deyə Tramp Rusiyanın hərbi gücünə işarə edib.
O xatırladıb ki, Ukraynaya "Javelin" tank əleyhinə raketlər məhz onun icazəsi verilib və bu, işğalın əvvəlində Rusiya tankları ilə qarşılaşmaqda həlledici məqam olub. "Bu silahlar olmasaydı, müharibə bir günə bitərdi", deyə Tramp əmindir.
"Mən olmasaydım, tankları sıradan çıxaran "Javelin"ləri onlara verən olmazdı. Bilirsiniz, o tank anı tankların palçığa ilişdiyi böyük bir an idi və mən də onlara çoxlu "Javelin"lər verdim. Bunlar tank əleyhinə raketlərdir. Onlar tankların hamısını məhv etdilər, çünki tanklar böyük palçığa düşmüşdü. Kiyevdən 71 mil məsafədə idi və Kiyevi alacaqdılar, müharibə gündə bitəcəkdi", deyə ABŞ lideri əlavə edib.
Eyni zamanda, o, müharibənun davam etdiyinə görə təəssüfləndiyini qeyd edib, çünki nəticədə çoxlu insan ölüb, həm də açıqlanandan daha çox insan:
"Həqiqətən deyə bilərəm ki, mən bu ölkəni xilas edirəm. Düşünürəm ki, Ukraynaya böyük xidmət edirəm".
Poliqon.info