Fazil Mustafa Bahəddin Həziyevi yubileyi münasibətilə təbrik edib
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa tanınmış ictimai xadim, “Bizim Yol” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Bahəddin Həziyevə 60 illik yubileyi ilə bağlı təbrik məktubu ünvanlayıb.
Təbrik məktubunda Fazil Mustafa Bahəddin Həziyevin Azərbaycan mətbuatının inkişafına, ümumilikdə vətəndaş cəmiyyəti institutlarının möhkəmlənməsinə verdiyi dəyərli töhfələri vurğulayıb.
Qeyd olunub ki, Bahəddin Həziyev daim prinsipial vətəndaş mövqeyi sərgiləyərək, ictimai maraqları müdafiə etmiş, jurnalistika dəyərlərinə sadiqliyi ilə gənc jurnalistlərə örnək olmuşdur.
Komitə sədri Bahəddin Həziyevə gələcək ictimai və yaradıcılıq fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı, iş avandlığı arzulayıb.