AZ

ABŞ-ın vitse-prezidentindən QORXUNC XƏBƏRDARLIQ – “Rusiya ilə savaş nüvə müharibəsinə ÇEVRİLƏ BİLƏR”

“Ukrayna Rusiya ilə müharibəni davam etdirsə də, qalib gələ bilməyəcək”

Bizim.Media xəbər verir ki, bu fikirləri ABŞ-ın vitse-prezidenti Cey Di Vens amerikalı mühafizəkar siyasi fəal Çarli Kerkin podkastında çıxışı zamanı bildirib. 

O qeyd edib ki, Rusiya ilə savaş nüvə müharibəsinə çevrilə bilər:

“Ola bilər ki, bu münaqişə bir neçə il də davam etsin, nəticədə milyonlarla insan ölsün və bu, nüvə qarşıdurmasına səbəb olsun. Bu mütləq dayandırılmalıdır”, – deyə Vens vurğulayıb.

Vens Ukrayna müharibəsi ilə bağlı KİV-də qəribə fikrin formalaşdığını qeyd edib:

“Onlar düşünürlər ki, guya müharibə bir neçə il də uzansa, Rusiya zəifləyəcək, Ukrayna işğal olunmuş ərazilərini geri alacaq və hər şey müharibədən əvvəlki vəziyyətə qayıdacaq. Ammа bu, yaşadığımız reallıq deyil”, – deyə Vens əlavə edib.

Bizim.Media 

Seçilən
1
1
bizim.media

1Mənbələr