"Qalatasaray"la ardıcıl 3-cü dəfə Türkiyə çempionu olmaq üzrə olan məşqçi Okan Buruka təkliflər var. Metbuat.az xəbər verir ki, İtaliyanın “Roma” və Səudiyyə Ərəbistanı klubunun Okan Buruka təklif irəli sürdüyü iddia edilir. “Sabah” qəzetində dərc edilən xəbərə görə, “Roma” Okan Burukun xidmətində maraqlıdır. Digər tərəfdən, Səudiyyə Ərəbistanı Liqasının yüksək sıralarında yer alan klubun da təcrübəli məşqçinin xidmətində maraqlı olduğu irəli sürülür. İddialara görə, Səudiyyə Ərəbistanı klubu Okan Buruka hazırda qazandığı məvacibdən 3 dəfə çox pul təklif edib. Qeyd edək ki, Okan Burukun çalışdırdığı "Qalatasaray" iki dəfə ardıcıl Türkiyə çempionluğun əldə edib və cari mövsümdə də lider mövqeyindədir.