Su içməyin faydalı olduğu hər kəsə məlumdur. Ancaq içdiyimiz suların və onların qablaşdırılmasının nə dərəcədə doğru və etibarlı olduğu çox vaxt sual altına düşür. Bu məsələdə bizə ən çox qablaşdırmaların üzərindəki işarələr və kodlar ipucu verir. Bəzən diqqət etməsək də, hər bir işarənin, hər bir rəqəmin xüsusi bir mənası var. Yəqin ki, siz də su butulkalarının və şüşə qabların üzərində müxtəlif rəqəmlərlə rastlaşmısınız. Bəs heç düşündünüzmü, bu rəqəmlər nə deməkdir?
Əgər siz də marketlərdən su alırsınızsa, plastik şüşələrin üzərindəki kodları yoxlamalısınız. Bu sizin sağlamlığınız üçün çox vacibdir. Plastik şüşənin üzərindəki geridönüşüm üçbucağının içərisində qeyd olunan plastik indentifikasiya kodu 3, 6 və 7 olaraq qeyd olunubsa, bu plastik qablar hormonlarınızı pozacaq maddələr ehtiva edir. 1, 2 və 5 kodları isə orqanizm üçün təhlükəsizdir. 5 kodu plastik qabın ən təhlükəsiz və ən zərərsiz olan kodudur.