Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün İtaliyaya bir günlük səfəri gözlənilir.
Publika.az xəbər verir ki, Ərdoğan ilə İtaliyanın baş naziri Corciya Meloni arasında daha əvvəl təxirə salınan görüş bu gün Romada baş tutacaq.
Ərdoğanın İtaliyaya səfəri zamanı hökumətlərarası sammitlə eyni vaxtda keçirilməsi planlaşdırılan İtaliya-Türkiyə Biznes Forumu keçiriləcək.
Ərdoğan və Meloni danışıqlar zamanı iki ölkə arasındakı əlaqələri də müzakirə edəcək.