"F/A-18 Hornet" qırıcı təyyarəsi Qırmızı dənizdə ABŞ-nin "USS Harry S. Truman" atom aviadaşıyıcı gəmisinin göyərtəsindən dənizə düşüb.
Avtosfer.Az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Bildirilir ki, "F/A-18E" anqar bölməsində yedəklənərkən ekipaj təyyarəyə nəzarəti itirib. Təyyarə və yedəkçi dənizə düşüblər.
Xatırladaq ki, bu gün husilərin rəsmi nümayəndəsi Yəhya Səria özünün "Telegram" kanalında Yəmən Silahlı Qüvvələrinin sözügedən aviadaşıyıcı gəmiyə ballistik raketlər və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini bildirib. ABŞ bu xəbərləri şərh etməyib.