ABŞ-ın Yəmənin paytaxtı Sənaya endirdiyi hava zərbəsi nəticəsində ölənlərin sayı 12-yə çatıb.
ABŞ döyüş təyyarələrinin paytaxt Sənanın Beni Haris rayonunun Sukban bölgəsinə hücumu nəticəsində ölənlərin sayı 12-yə çatıb.
Operativ Media xəbər verir ki, bu barədə Yəməndə İranın dəstəklədiyi husilərə məxsus "Əl-Məsirə" telekanalı məlumat yayıb.
ABŞ-nin aprelin 27-də sözügedən bölgədə 3 evi hədəfə aldığı hücumda aralarında qadın və uşaqların da olduğu 8 nəfərin öldüyü, çox sayda insanın isə yaralandığı bildirilib.