
2023-2024-cü illərdə Qazaxıstan və Pakistan arasında ticarət dövriyyəsi 2,1 faiz artaraq 53,6 milyon dollara çatıb.
Reyting.az “Sputnik-Qazaxstan”a istinadla bildirir ki, bu barədə Kəraçidə keçirilən Qazaxıstan–Pakistan biznes forumunda məlumat verilib.
Forumda iki ölkə arasında idxal və ixracı məsələləri müzakirə olunub. Məsələn, ötən il Pakistandan idxalın həcmi 41,9 milyon dollar olub ki, burada əsas payı sitrus meyvələri, dərman vasitələri və tekstil məhsulları təşkil edib.
V. QULİYEV