Baş nazir Mark Karninin rəhbərlik etdiyi hakim Liberal Partiyası Kanadada keçirilən növbədənkənar parlament seçkilərində liderdir...
Poliqon xəbəbr verir ki, bu barədə “Elections Canada” saytının ilkin məlumatlarında bildirilir. Səsvermənin yekun nəticələri hələ açıqlanmayıb.
Portalın dərc edildiyi vaxt bülletenlərin 72%-i hesablandıqdan sonra Liberal Partiyası 47,2% səslə liderlik edir, Mühafizəkarlar isə 43,4% səslə ikinci yerdədir.
Aprelin 28-də Kanadada ABŞ ilə ticarət müharibəsi şəraitində növbədənkənar parlament seçkiləri keçirilib. Çoxluq höküməti qurmaq üçün hər hansı partiyanın 172 mandat qazanması lazımdır.
“Bir çox cəhətdən mənim təcrübəm prezident Donald Trampın təcrübəsi ilə qismən üst-üstə düşür - ikimiz də ölkələrimizə əhəmiyyət veririk. Amma o bilir və mən də çoxillik təcrübədən bilirəm ki, biz hər ikimiz üçün faydalı olan qarşılıqlı faydalı həllər tapa bilərik”, deyə baş nazir Mark Karni Trampla münasibətlərindən danışarkən deyib.
Reuters Agentliyinin məlumatına görə, Karni ABŞ-nin keçmiş prezidenti Cozef Bayden tərəfindən təbrik edilib.
“Mən əminəm ki, Mark kanadalıların və amerikalıların paylaşdığı fundamental dəyərləri və maraqları müdafiə edən güclü lider olacaq”, deyə keçmiş prezident sosial şəbəkədə yazıb.
Poliqon.info