AZ

Tramp Ukraynanı xilas etməsindən danışdı: Müharibə bir gündə bitəcəkdi

BAKI, 29 aprel, TELEQRAF

"Düşünürəm ki, mən Ukraynanı xilas edirəm. Dəstəyim olmasaydı, bu ölkə çox tezliklə əzilmiş olardı".

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "The Atlantic" nəşrinə müsahibəsində deyib.

O xatırladıb ki, Ukraynaya tank əleyhinə “Javelin” raketləri məhz onun icazəsi verilib və bu, işğalın əvvəlində Rusiya tankları ilə qarşılaşmaqda həlledici məqam olub: "Bu silahlar olmasaydı, müharibə bir gündə bitərdi. Mən onlara bu raketləri verməsəydim, ruslar Kiyevi alacaqdılar və müharibə bir gündə bitəcəkdi. Həqiqətən də, deyə bilərəm ki, mən bu ölkəni xilas edirəm. Düşünürəm ki, Ukraynaya böyük xidmət edirəm”.

Seçilən
2
teleqraf.com

1Mənbələr