AZ

Van İ: Rusiya və Çin arasında qarşılıqlı dəstək dəyişməz olaraq qalır...

Çinin xarici işlər naziri Van İ Rusiya xarici işlər naziri Sergey Lavrovla Rio-de-Janeyroda keçirdiyi görüşdə dünyada baş verən dəyişikliklərə baxmayaraq, Rusiya və Çin arasında qarşılıqlı dəstəyin dəyişməz qaldığını bildirib...

Poliqon xəbər verir ki, Van İnin sözləri Çin Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

“Son vaxtlar beynəlxalq vəziyyətdə çoxlu dəyişikliklər olub. Dəyişikliklər zamanın normasıdır, lakin Çin və Rusiya arasında qarşılıqlı etimad və dəstək dəyişməz olaraq qalır”, Van İ vurğulayıb.

Lavrov isə Van İ ilə görüşlərin müntəzəmliyini qeyd edib və bildirib ki, bu da onlara “baş verən dəyişikliklərdən xəbərdar olmağa” imkan verir. Sergey Lavrovun sözlərinə görə, Rusiya və Çin BRİKS və ŞƏT-dən olan həmkarları ilə birlikdə “ədalət və bərabərlik hərəkatının” ön sıralarındadırlar.

Van İ və Sergey Lavrov arasında görüş Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən BRİKS Xarici İşlər Nazirləri Sammiti çərçivəsində baş tutub.

Poliqon.info

Seçilən
2
poliqon.info

1Mənbələr