AZ

CNN: Trampın prezidentliyinin üç ayında 121 min dövlət qulluqçusu işdən çıxarılıb...

Donald Trampın ikinci prezidentlik müddətinin ilk üç ayında ən azı 121 min dövlət işçisi işdən çıxarılıb...

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. Telekanal qeyd edib ki, bu rəqəm hər hansı digər sənayedə qeydə alınan ixtisarların sayından iki dəfə çoxdur.

“Challenger, Gray & Christmas” işə götürmə şirkətinin məlumatına görə, işdən çıxarılan dövlət qulluqçularının sayı 280 minə çata bilər. İşçilərin ixtisarı ən çox ABŞ Beynəlxalq İnkişaf Agentliyində (USAID) baş verib. Aylarla davam edən ixtisarlardan sonra Dövlət Departamenti USAİD-in bağlandığını rəsmən elan edib.

CNN-in hesabatı federal agentliyin məlumatlarına, işçilərin hesabatlarına, daxili sənədlərə, hökumət rəsmilərinə və digər media hesabatlarına əsaslanır. Bununla belə, araşdırmada vəzifələrinə bərpa olunanlar, inzibati məzuniyyətdə olanlar və ya öz istəyi ilə işdən çıxanlar barədə məlumatlar nəzərə alınmayıb.

Poliqon.info

Seçilən
4
poliqon.info

1Mənbələr