AZ

ABŞ-də avtomobil istehsalçıları üçün rüsumlar yüngülləşdirilə bilər

BAKI, 29 aprel, TELEQRAF

ABŞ Prezidenti Donald Tramp avtomobil istehsalçıları üçün gömrük rüsumlarını yüngülləşdirmək niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən yazır.

Məlumata görə, avtomobil idxalına 25 faizlik tarif ödəyən istehsalçılara polad və alüminium kimi digər tariflər tətbiq edilməyəcək. Qeyd olunur ki, artıq bu ödənişləri etmiş şəxslər kompensasiya ala bilərlər.

ABŞ administrasiyası həmçinin mayın 3-də qüvvəyə minəcək xarici avtomobil komponentləri üçün tarifləri də dəyişəcək. Bu addımlar avtomobil istehsalçılarına hissələrin tədarük zəncirlərini Birləşmiş Ştatlara qaytarmaq üçün vaxt vermək məqsədi daşıyır.

Seçilən
1
teleqraf.com

1Mənbələr