AZ

Çempionlar Liqası: “Arsenal” PSJ-ni qəbul edir

BAKI, 29 aprel. TELEQRAF

Bu gün UEFA Çempionlar Liqasında 1/2 final mərhələsinə start veriləcək.

Teleqraf xəbər verir ki, ilk oyun günündə İngiltərənin “Arsenal” klubu Fransa PSJ-sini qəbul edəcək.

Londondakı “Emireyts” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Qarşılaşmanı Slavko Vinçiçin rəhbərliyi altında sloveniyalı hakimlər briqadası idarə edəcək.

Tərəflər arasında cavab oyunu mayın 7-də baş tutacaq.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər görüşü aprelin 30-da İspaniyada “Barselona” və “İnter” (İtaliya) arasında keçiriləcək.

Seçilən
2
39
teleqraf.com

10Mənbələr