AZ

Sarıcalıya qayıdan sakin: "Artıq köçkünlük həyatımız sona çatdı"

"Dövlətimiz məcburi köçkün həyatı yaşadığımız illərdə də bizim arxamızda dayandı, bu gün də dağ kimi dayanıb. Ölkəmizin qüdrəti, güclü ordusu və Ali Baş Komandanı sayəsində biz bu gün öz yurdumuza qayıdırıq, alnıaçıq, üzüağ".
 
Bu gün Ağdam rayonunun Sarıcalı kəndinə köç edən keçmiş məcburi köçkün Əliyar Məmmədov deyib.
 
O qeyd edib ki, illər öncə Ağdamda yarımçıq qalan həyatını yaşamaq üçün öz yurduna qayıdır:
 
"Dərnəgüldə yataqxanada məcburi köçkün həyatı yaşamışıq. Bu illər ərzində dövlətimiz bizim bütün problemlərimizlə maraqlanıb, qayğı-diqqət göstərib. Bu gün də bizi öz elimizə köçürür. Bizi gözəl evlərlə, şəraitlə təmin edib.
 
Çox sevincliyik, bir neçə saat sonra öz yurdumuza qovuşacağıq. Artıq köçkünlük həyatımız sona çatdı.
 
Ağdamda illər öncə də təsərrüfatla məşğul olmuşuq. Qismət olsa, bundan sonra da təsərrüfatla məşğul olacağıq.
 
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
 
Xatırladaq ki, bu gün növbəti köç karvanı Ağdam rayonunun Sarıcalı və Xocalı rayonunun Ballıca kəndlərinə yola salınır. Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə 39 ailə - 169 nəfər, Xocalı rayonunun Ballıca kəndinə isə 15 ailə - 68 nəfər köçürülür.
 
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.
Seçilən
3
11
moderator.az

6Mənbələr