Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən 49 yaşlı Tufan Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hökmə əsasən, T. Qurbanov doqquz il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2019-cu il fevralın 11-də baş verib.
Araşdırma zamanı məlum olub ki, onu əri Tufan Qurbanov mətbəx bıçağı ilə 18 zərbə vuraraq qətlə yetirib. Daha sonra isə boğazını kəsib.
www.anews.az