AZ

Ötən il Almaniyada 441 velosipedçi qəzalarda həyatını itirib

Bakı. Trend:

Ötən il Almaniyada yol-nəqliyyat hadisələri nəticəsində həlakolanların 16 faizi, yəni, ölən hər altı nəfərdən birivelosipedçilər olub. İl ərzində 441 velosipedçi qəzalarda həyatınıitirib. Xüsusilə yaşlı insanlar və e-bike istifadəçiləri tez-tezqəzaların qurbanı olurlar.

Trend xəbər verir ki, bubarədə Almaniya Statistika İdarəsinin yol-nəqliyyat hadisələri iləbağlı məlumatında qeyd edilib.

Statistikaya əsasən, velosiped sürənlər üçün ən böyük təhlükəavtomobillərdir. Belə ki, 92 min 882 nəfərin xəsarət aldığıvelosiped qəzalarının 70,7 faizi avtomobillərlə toqquşmalarnəticəsində baş verib. Həmin qəzaların 75,3 faizinə avtomobilsürücüləri səbəb olub. Qəzalarda ölənlərin 43,5 faizi (192 nəfər)elektrikli velosiped sürənlər, üçdə ikisi 65-dən yuxarı yaş qrupunaaiddir.

Yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin ümumi sayıazalaraq 2024-cü ildə 2 min 759 nəfər olub. Bu, 2014-cü illəmüqayisədə 18,3 faiz azdır. Buna baxmayaraq, ölümlə nəticələnənvelosiped qəzalarının sayı on il əvvəlkindən 11,4 faiz çoxolub.

Seçilən
9
az.trend.az

1Mənbələr