AZ

Tramp 100 gündə əldə etdiyi nailiyyətləri tarixi adlandırdı

BAKI, 29 aprel, TELEQRAF

ABŞ Prezidenti Donald Tramp 100 günlük hakimiyyətdən sonra administrasiyasının işini qiymətləndirərək, komandasının tarixi nəticələr əldə etdiyini bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə özünün "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

"Biz əvvəlki administrasiyaların bütün rekordlarını artıq qırmışıq və səylə işləməyə davam edəcəyik", - Ağ Evin rəhbəri qeyd edib.

Tramp əlavə edib ki, bacarıqlı və çalışqan vətənpərvərləri, ABŞ-ni qızıl dövrə apara biləcək yeni insanları işə götürməyi planlaşdırır.

Seçilən
9
teleqraf.com

1Mənbələr