AZ

Tramp bəzi avtomobil tariflərini azaltmaq niyyətindədir

ABŞ prezidenti Donald Tramp bəzi avtomobil tariflərini azaltmaq niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) və “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, planlaşdırılan qərara əsasən, avtomobil tariflərini ödəyən istehsalçılar polad və alüminium kimi digərlərinə ödəniş etməli olmayacaqlar.

Vurğulanıb ki, bu addımlar avtomobil istehsalçılarına hissələrin tədarük zəncirlərini Birləşmiş Ştatlara qaytarmaq üçün vaxt vermək məqsədi daşıyır.

Ticarət naziri Hovard Lutnik “Reuetrs”ə deyib: “Müqavilə prezidentin ticarət siyasətinin böyük qələbəsidir, ölkə daxilində məhsul istehsal edən şirkətləri mükafatlandırır və Amerikaya sərmayə yatırmaq və yerli istehsalını genişləndirmək öhdəliyini ifadə edən istehsalçılara açılış zolağı verir”.

Seçilən
12
report.az

1Mənbələr