BAKI, 29 aprel, TELEQRAF
Böyük Britaniya Çindən idxal olunan bir çox məhsullara etibar etmir.
Teleqraf xəbər verir ki, bu barədə “The Times” yazır.
Nəşrin məlumatına görə, bəzi şirkətlər Çin istehsalı olan avtomobillərdən istifadə ilə bağlı ciddi məhdudiyyətlər tətbiq ediblər. Xüsusilə, işçilərə zərərli proqramların potensial tətbiqinin qarşısını almaq üçün smartfonları avtomobillərdəki USB portlarına qoşmaq qadağa olunub.
Böyük Britaniya Müdafiə Nazirliyi də Çin texnologiyasından istifadəyə bəzi məhdudiyyətlər tətbiq edib.Məhdudiyyətə əsasən yüksək rütbəli hərbçilər telefonlarını Çin avtomobillərində enerji mənbəyinə qoşa, onları korporativ dayanacaqlarda saxlaya, hətta bu maşınların salonunda işlə bağlı məsələləri müzakirə edə bilməzlər.
Qeyd olunur ki, bu cür ehtiyat tədbirləri artıq bir neçə ildir ki, mövcuddur.