AZ

Kor insanlar rəngləri "dada" bilirlər – Maraqlı fakt

BAKI, 29 aprel, TELEQRAF

ABŞ-nin Viskonsin-Medison Universitetindən olan tədqiqatçılar maraqlı elmi nəticəyə gəliblər: anadangəlmə görmə qabiliyyəti olmayan şəxslər rənglər və anlayışlar (məsələn, qırmızı – "isti", mavi – "soyuq") arasında əlaqələri yalnız vizual təcrübəyə əsasən deyil, dil vasitəsilə də qavrayırlar.

Teleqraf xəbər verir ki, bu barədə araşdırma "Communications Psychology" elmi jurnalında dərc olunub.

Alimlər dillərin strukturlarını və onların statistikasını analiz edərək müəyyən ediblər ki, dil modelləri insanlarda yaranan rəng assosiasiyalarını dəqiq şəkildə müəyyən edə bilər.

Araşdırmada rənglərlə bağlı əlaqələrin necə formalaşdığını anlamaq üçün dilin riyazi modelləri üzərində təhlillər aparılıb.

"Təəccüblüdür ki, görmə qabiliyyəti olmayan insanlar da görən şəxslərlə eyni rəng assosiasiyalarını sərgiləyirlər. Bu, dilin mürəkkəb hiss və duyğusal əlaqələri özü-özlüyündə ötürə bildiyini sübut edir", - araşdırma müəllifləri qeyd edib.

Bu kəşf dilin insan təfəkküründə necə fundamental rol oynadığını bir daha ortaya qoyur.

Seçilən
10
teleqraf.com

1Mənbələr