AZ

Uşaq muzeydə 50 milyon avro dəyərində olan tablonu zədələdi

BAKI, 29 aprel, TELEQRAF

Hollandiyada gənc ziyarətçi muzeydə nümayiş etdirilən 50 milyon avro dəyərində rəsm əsərini korlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "BBC" məlumat yayıbı.

Zərər 1960-cı ildə amerikalı rəssam Mark Rotkonun çəkdiyi "Boz, Narıncı tünd qırmızı üzərində №8" əsərinə dəyib. Tablo 1970-ci ildən Rotterdamdakı "Boijmans van Beuningen" Muzeyində saxlanılır.

Qalereya nümayəndəsi bildirib ki, gənc ziyarətçilərdən biri diqqətsizlik nəticəsində rəsmin altındakı boya qatında kiçik cızıqlar qoyub.

"Hazırda biz rəsmin emalı ilə bağlı növbəti addımları araşdırırıq. Əsərin gələcəkdə yenidən nümayiş etdiriləcəyini gözləyirik", - muzey rəsmisi əlavə edib.

Dəymiş ziyana görə kimin məsuliyyət daşıyacağını dəqiqləşdirilməyib.

Seçilən
9
teleqraf.com

1Mənbələr