BAKI, 29 aprel, TELEQRAF
Ukraynada döyüşlərin davam etməsi nüvə eskalasiyasına səbəb ola bilər.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens müsahibəsində deyib.
Vitse-prezident vurğulayıb ki, döyüşlərin uzadılması fəlakətli nəticələrə gətirib çıxara bilər. O düşünür ki, müharibə davam etsə, cəmiyyətlərin dağılmasına gətirib çıxaracaq və hətta nüvə müharibəsinə səbəb ola bilər.
Vens qeyd edib ki, Ukraynadakı münaqişəyə son qoymaq Vaşinqtonun rəsmi siyasətidir.