AZ

ABŞ qırıcısı aviadaşıyıcının göyərtəsindən düşərək batıb

VFA-136 eskadrilyasına aid olan “F/A-18E Super Hornet” tipli qırıcı-bombardmançı təyyarə “USS Harry S. Truman” aviadaşıyıcısının göyərtəsindən düşərək Qırmızı dənizdə batıb.

APA xəbər verir ki, bu haqda ABŞ Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

“F/A-18E qırıcısı anqar göyərtəsində çəkilərkən ekipaj təyyarəyə nəzarəti itirib. Nəticədə təyyarə və onu çəkən texnika gəminin bortundan düşüb,” – deyə qurumun açıqlamasında bildirilir.

Hərbi Dəniz Qüvvələrinin məlumatına görə hadisə zamanı insan tələfatı olmayıb, bir dənizçi yüngül xəsarət alıb.

Seçilən
13
1
apa.az

2Mənbələr