AZ

Putin Lukaşenko ilə Volqoqradda keçiriləcək forumda görüşəcək

BAKI, 29 aprel, TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Volqoqrada Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşəcək.

Teleqraf xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

İki ölkə liderlərinin Kurqanda Stalinqrad döyüşündə həlak olanların xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edəcəkləri, həmçinin Qələbənin 80 illiyinə həsr olunmuş forumun plenar iclasında çıxış edəcəkləri gözlənilir.

Kremlin mətbuat xidmətindən verilən məlumata görə, Putin və Lukaşenko ölkələr asında münasibətlərin inkişafının aktual məsələlərinə həsr olunmuş ayrıca söhbət də planlaşdırılır.

Seçilən
14
teleqraf.com

1Mənbələr