AZ

“Turan Tovuz” daha iki xal itirdi - REPORTAJ

Turan Tovuz - Şamaxı 1:1 (0:0)
41. Sergey Samok - 5,5
17. Rəhim Sadıxov - 5,0
(10. Xəyal Nəcəfov, 62) - 5,0
88. Faiq Hacıyev - 5,5
11. Ayxan Hüseynov - 5,5
7. İsmayıl Zülfüqarlı - 5,0
(77. Veysəl Rzayev, 77) - qiymətsiz
9. Kristian da Silva -  5,0
(13. Fərid Yusifli, 69) - 4,5
23. Alexandro Serrano - 5,5
15. Emmanuel Hakman (k) - 5,5
32. Hayderson Urtado - 5,0
40. Kauan Martins - 6,0
(6. Araş Qaderi, 69) - 5,0
21. Aleks Souza - 5,5
(19. Orxan Əliyev, 77) - qiymətsiz
Ehtiyat oyunçular
1. İvan Konovalov
71. Mehman Hacıyev
39. Sadiq Quliyev
33. Eltun Turabov
8. Tural Bayramlı
30. Mircamal Əlizadə
29. Anton Kraçkovski
Məşqçi: Yunis Hüseynov
Komandanın ən yaxşısı: Kauan Martins
1. Rikardo Fernandeş - 5,5
5. Arsen Ağcabəyov - 5,0
18. Cəlal Hüseynov - 5,5
6. Rauf Rüstəmli - 5,5
82. Rüfət Abbasov - 5,5
24. Edqar Adilxanov - 5,0
(23. Murad Vəliyev, 90+3) - qiymətsiz
20. Leroy Mikels (k) - 6,0
93. Brahim Konate - 6,5
30. Andrey Tırkovyanu - 5,5
3. Vladislav Veremeyev - 5,0
33. Alfons Msanqa - 6,0
(60. Səbayıl Bağırov, 87) - qiymətsiz
Ehtiyat oyunçular
85. Kamal Bayramov
62. Abdulla Seydəhmədov
14. Vüsal Məsimov
19. Fəxri Məmmədli
73. Elmar Məmmədov
66. Vasiliye Bakiç
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Brahim Konate

Qollar: K.Martins, 54 (1:0, A.Hüseynov). B.Konate, 56 (1:1, A.Msanqa).
Vərəqələr: F.Hacıyev, 26 (qeyri-idman hərəkəti). A.Ağcabəyov, 33 (qeyri-idman hərəkəti). A.Serrano, 64 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: KAMAL UMUDLU, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamran Əliyev (hamısı Bakı). 
VAR hakimi: Nicat İsmayıllı (Bakı).
VAR hakiminin köməkçisi: Elşad Abdullayev (Bakı).
Hakim-inspektor: Anar Salmanov (Bakı). 
AFFA nümayəndəsi: Mübariz Hüseynov (Gəncə). 
25 aprel. Tovuz. Şəhər stadionu. 3000 tamaşaçı (6800 yerlik). 
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub. 
Oyunun qiyməti: 6,0.

Tovuzda keçirilən qarşılaşma hər iki komanda üçün xüsusi əhəmiyyət daşıyırdı. “Turan Tovuz” “Araz-Naxçıvan”la aradakı xal fərqini “əritmək” istəyir. Son iki turda məğlub olmayan, ancaq heç bir turnir hədəfi qalmayan “Şamaxı” da Tovuza uduzmağa gəlməmişdi.

İlk dəqiqələrdə nə “Turan Tovuz”, nə də “Şamaxı” təhlükəli vəziyyət yarada bildi. Komandalar bəzən qısa, bəzən də uzun ötürmələrlə hücum qurmağa çalışdı. 17-ci dəqiqədə Kauan Martins uzaqdan bəxtini sınasa da, zərbəsi qeyri-dəqiq oldu. 21-ci dəqiqədə Ayxan Hüseynov cərimə zərbəsindən qapı qarşısına ötürmə verdi. Topu qəbul edən Rəhim zərbə endirsə də, Rauf Rüstəmli təhlükənin qarşısını aldı. Topu ələ keçirən Leroy sürətlə irəliləyib Msanqaya ötürmə verdi. Alfons “çərçivə”ni nişan alsa da, Samok topu küncə çıxarmağı bacardı.

25-ci dəqiqədə Faiq - Rəhim - Ayxan kombinasiyasında sonuncunun zərbəsi qeyri-dəqiq oldu. Cəmi 4 dəqiqə sonra Raufla Msanqadan sıyrılan Rəhim “çərçivə”ni nişan alsa da, Fernandeş topun qapıya daxil olmasına mane oldu. 33-cü dəqiqədə meydan sahibləri hesabı açmağa yaxın oldu. Sol cinahla irəliləyən İsmayıl topu Souzaya çatdırdı. Aleks cərimə meydançası daxilində Ayxana ötürmə verdi ki, Rikardo topu küncə çıxardı. 43-cü dəqiqədə Ayxan Hüseynov cərimə zərbəsindən birbaşa qapıya zərbə endirsə də, Rikardo bu dəfə də təslim olmadı.

İkinci hissə ilk yarıya nisbətən daha canlı keçdi. 54-cü dəqiqədə Ayxanın künc zərbəsindən qapı qarşısına ötürməsini Kauan Martins başla tamamladı. Amma tovuzlu azarkeşlərin qol sevinci uzun sürmədi. Cəmi 2 dəqiqə sonra qonaqlar hesabı bərabərləşdirdi. Msanqa Faiqdən sıyrılıb Konateyə ötürmə verdi ki, o da dəqiq zərbə ilə topu tora qovuşdurdu. “Şirlər” 78-ci dəqiqədə hesabda önə keçməyə də yaxın oldu. Tırkovyanudan ötürmə alan Mikels qapını nişan alsa da, top tirə tuş gəldi. 82-ci dəqiqədə meydana bir qədər daxil olan Fərid Yusifli ötürmədə səhvə yol verdi. Topu ələ keçirən Konate Leroya ötürmə verdi ki, onun zərbəsi qeyri-dəqiq oldu. Sona yaxın qonaqların qapıçısı Ayxanın zərbəsini dəf etməyi bacardı. 

Beləliklə, Ayxan Abbasov ona yaxşı tanış olan Tovuzda uduzmadı. “Turan Tovuz”ın isə 3-cü yeri tutmaq şansı bir qədər də azaldı. 

Gözdən qaçmadı:
* 83-cü dəqiqədə “Ultras Turan” “Turan”ın eşqinə hər kəs ayağa” dedi.
* Tovuzlu azarkeşlərdən biri adamları “istefa” şüarı səsləndirməyə çağırdı. 

ƏSƏD SEYİDOV

Seçilən
21
football-plus.az

1Mənbələr