AZ

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus qırıcı təyyarə Qırmızı dənizə düşdü

BAKI, 29 aprel, TELEQRAF

ABŞ-nin "USS Harry S. Truman" təyyarədaşıyanın göyərtəsində olan qırıcı təyyarə Qırmızı dənizə düşüb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin bəyanatında deyilir.

Məlumata görə, təyyarə “Harry S. Truman” təyyarədaşıyan gəmisi ilə anqara aparılarkən dənizə düşüb. Təyyarə ilə birlikdə onu anqara çəkməyə çalışan traktor da suya düşüb. Ekipaj üzvlərindən birinin yüngül xəsarət aldığı qeyd edilir.

Hərbi Dəniz Qüvvələri hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlayıb.

Seçilən
5
teleqraf.com

1Mənbələr