Müşayiət edilən şəxslərin təhlükəsizlik qaydalarına riayət etməsinə nəzarət edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimatda əksini tapıb.
Müşayiət dəstəsinin rəisi şəxsi heyətin istirahət rejimini təşkil edir. Bir sutkadan artıq yolda olan müşayiətçilər növbə ilə istirahət etməlidir. Müşayiət olunan şəxslərin mühafizəsiz qalmasına yol vermək olmaz. Müşayiət qaydalarının dəyişdirilməsi baş müşayiətçiyə qadağandır. Müşayiət dəstəsinin rəis müavini texniki vasitələrin vəziyyətinə nəzarət edir. O, şəxsi axtarışları icra edir və aşkarlanan əşyaları mühafizəyə götürür. Müşayiət dəstəsinə təyin olunmuş qida məhsullarının düzgün paylanmasını təmin edir.