AZ

Gəncə sakini özünü öldürmək üçün benzin içdi

GƏNCƏ, 29 aprel, TELEQRAF

Gəncə sakini benzin içərək intihara cəhd edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. 1984-cü il təvəllüdlü Səbuhi Məmmədov benzin içərək özünə qəsd etmək istəyib. Adıçəkilən şəxs yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib. Vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.

Seçilən
1
teleqraf.com

1Mənbələr