AZ

Millimizin üzvünün bilək sümüyü qırıldı

 Almaniya II Bundesliqasında çıxış edən "Nürnberq"in azərbaycanlı futbolçusu Mahir Emreli zədələnib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 31-ci turda keçirilən "Fortuna" ilə matçda 28 yaşlı futbolçu bilək sümüyündən zədə alıb.

Hazırda zədə konservativ üsulla müalicə olunur. Emreli xüsusi hazırlanmış şinlə məşqlərə və oyunlara qatıla biləcək.

Qeyd edək ki, Mahir 3:3 hesabı ilə yekunlaşan "Fortuna" ilə matçda  komandasının 2-ci qolunu vurub.

saytlarin hazirlanmasi

Seçilən
8
1
sportal.az

3Mənbələr