Karlo Ançelotti ilə Braziliya yığması arasında prinsipial şifahi razılaşma əldə olunub.
Razılaşmaya əsasən, Ançelotti iyun ayından etibarən Braziliya millisinin yeni baş məşqçisi olacaq.
Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
Müqavilə əvvəlki xəbərlərdə qeyd olunduğu kimi Klublararası Dünya Çempionatından sonra yox, may ayından qüvvəyə minəcək.
Ançelotti və "Real Madrid" klubu isə hər iki tərəfin istəyinə uyğun olaraq mehriban şəkildə yollarını ayıracaq. İndi isə sadəcə rəsmi prosedurların tamamlanması gözlənilir.