AZ

Emeri Reşfordun zədəsinin ciddi olduğunu açıqladı

"Aston Villa"nın baş məşqçisi Unay Emeri komandanın hücumçusu Markus Reşfordun hazırkı vəziyyətini şərh edib.

90deqiqe.Az xəbər verir ki, "The Athletic" çalışdırıcının dediklərini belə çatdırıb. 

"Hər oyundan əvvəl onun vəziyyətini yoxlayacağıq, lakin o, zədəlidir və çox güman ki, bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq"

27 yaşlı Markus Reşford bu mövsüm "Aston Villa"nın heyətində keçirdiyi 10 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
3
90deqiqe.az

1Mənbələr