AZ

Gürcüstanda NATO ilə birgə hərbi təlimlər başlayıb

BAKI, 28 aprel, TELEQRAF

Gürcüstanda "NATO-Gürcüstan 2025" komanda-qərargah təlimləri başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Təlimlərdə alyansın üzvü və tərəfdaşı olan 17 ölkə iştirak edəcək. Onlar arasında Gürcüstan, Bolqarıstan, Fransa və Almaniya var.

Məlumata görə, təlimlərin məqsədi çoxmillətli bölmələrə böhran əməliyyatlarının planlaşdırılması və aparılmasında təlim vermək olacaq.

Seçilən
1
teleqraf.com

1Mənbələr