AZ

"Meta"nın "Space Llama"sı kosmosa getdi

"Meta" açıq mənbə kodlu "Llama 3.2" modelinin özəlləşdirilmiş versiyasını Beynəlxalq Kosmik Stansiyanın (ISS) Milli Laboratoriyasına göndərib. 

Valyuta.az xəbər verir ki, bu addım süni intellektin kosmosa da daxil olacağının ən mühüm sübutlarından biri kimi qiymətləndirilir.

Mark Zukerberq nəhayət ki, kosmosa da əl atıb. Yaxın zamanda ISS-dəki kompüterlərə "Facebook" və "Instagram" şifrələri ilə giriş imkanı yaradılsa, təəccüblənməmək lazım olacaq.

"Meta" tərəfindən hazırlanan "Space Llama" adlı proqramın məqsədi elmi araşdırmaları dəstəkləmək üçün orbitdə çalışacaq süni intellekt alqoritmlərinin performansını sınaqdan keçirməkdir. "Llama" açıq mənbə kodlu olduğundan, tədqiqatçılar onu internet bağlantısı olmadan təcrid olunmuş avadanlıqlarda quraşdıra və işlədə bilirlər. Bu da ISS-də proqramı işlətməyə imkan verir. Beləliklə, süni intellektin məlumatları Yer əsaslı serverlər üzərindən yönləndirmə ehtiyacı aradan qalxır və kosmosdakı süni intellekt tətbiqlərinin məlumat təhlükəsizliyi də qorunur. Üstəlik, internet serverlərindən cavab gözlənilmədiyi üçün gecikmələr də azalır.

"Meta"nın "Space Llama" layihəsi çərçivəsində kosmosda aşağıdakı süni intellekt alqoritmləri sınaqdan keçiriləcək:

* "Booz Allen"ın "A2E2" (Uç Mühitlər üçün Süni İntellekt) çərçivəsi
* "Hewlett Packard Enterprise"ın "Kosmosdan Daşınan Kompüter-2" sistemi
* "Nvida" tərəfindən sürətləndirilmiş hesablama texnologiyaları (CUDA, cuDNN və cuBLAS)

"Space Llama" təcrübəsinin gələcəkdə Ay və Marsın araşdırılması da daxil olmaqla missiyalara informasiya təmin etməsi və Yer üzündə uzaq və əlaqəsiz mühitlərə avtonom sistemlərin yerləşdirilməsini sürətləndirməsi gözlənilir.

Paşa Məmmədli

Seçilən
4
valyuta.az

1Mənbələr